Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur
  27 Mart 2018    Oxunub:1095
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunur.
AzVision.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilir.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif edilirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Medal   Dənizçi  





Xəbər lenti