Axtarışda olan qadın əcnəbini soydu

Axtarışda olan qadın əcnəbini soydu
  24 Mart 2018    Oxunub:1350
Paytaxtda klubda əcnəbi vətəndaşın cibindən pul və sənədlərini oğurlayan qadın tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14 min ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb. Onun Nəsimi RPİ tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Klub   Əcnəbi  





Xəbər lenti