SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb
  18 Fevral 2018    Oxunub:2420
Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.
Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək. (APA)

AzVision.az


Teqlər: Gürcüstan   SOCAR   Maşın   Partlayış  





Xəbər lenti