Parkdan oğurluq edən şəxslər saxlanılıb

Parkdan oğurluq edən şəxslər saxlanılıb
  17 Fevral 2018    Oxunub:1641
Bakıda oğurluq edən şəxslər saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 16-na keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki parkların birindən oturacaqların metal hissələri sökülərək oğurlanıb.

Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli tutulub.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti