DİN: Azərbaycanda bir gündə 106 cinayət törədilib

DİN: Azərbaycanda bir gündə 106 cinayət törədilib
  17 Fevral 2018    Oxunub:1856
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti