Qubada 8 otaqlı evdə yanğın olub

Qubada 8 otaqlı evdə yanğın olub
  17 Fevral 2018    Oxunub:1787
Qubada yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonunun Rustov kəndində ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, ikinci mərtəbədə 2 otağın, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 72 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Quba   Ev  





Xəbər lenti