Qadın bacısının evindən 20 min manat oğurlayıb

Qadın bacısının evindən 20 min manat oğurlayıb
  08 Fevral 2018    Oxunub:1661
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın evindən 20 000 manat və 400 ABŞ dollarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

Faktla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.

AzVision.az




Teqlər: DİN   Oğurluq  





Xəbər lenti