"Qalatasaray"ın yeni məşqçisi

"Qalatasaray"ın yeni məşqçisi
  30 Sentyabr 2013    Oxunub:1562
"Qalatasaray" yeni baş məşqçi ilə anlaşdı. Roberto Mançini artıq İstanbulda.
AzVision.az Skorer-ə istinadən bildirir ki, özəl təyyarə ilə Sabiha Gökçen hava limanına enən Mançinini "Qalatasaray" klubunun direktoru Bülent Tulun və meneceri Cenk Ergün qarşılayıblar. Mançini Ünal Aysalla görüşmək üçün Les Ottomans Hotel-ə gedib.

Habertürk yazır ki, 48 yaşlı italyan mütəxəssis türk klubuna endirim edib. Yəni 3 illik müqavilə və ilinə 3,5 milyon avro almağı qəbul edib. Onun müqaviləsinə uğurları üçün mükafatlar, Liqa və Kubok gəlirləriylə yanaşı, Çempionlar Liqasının bonusları da əlavə olunacaq.

Anlaşarlarsa, müqavilənin tezliklə imzalanacağı deyilir.

Ancaq "Qalatasaray"ın başqa variantı da var: digər bir tərəfdən argentinalı baş məşqçi Bielsa ilə də danışıqlar aparılır.

Hər iki məşqçinin alacaqları haqq üçün bank təminatı istəməsi, üstəlik, "Qalatasaray" səhmlərinin birjada satılması səbəbindən rəsmi açıqlamanın bu həftə veriləcəyi bildirilir.


Teqlər:  





Xəbər lenti