"Bakı" qalib gəldi

"Bakı" qalib gəldi
  29 Sentyabr 2013    Oxunub:1402
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz bərabərə qalıb. İkinci hissəyə bakılılar yaxşı başlayıblar və bunun nəticəsi kimi Mindauqas Kalonas 63-cü dəqiqədə hesabı açıb (1:0).

Oyunda başqa qol qeydə alınmayıb.

Turun mərkəzi oyunu da Bakıda keçiriləcək. "Neftçi" öz meydanında əzəli rəqiblərindən biri "Qarabağ"ı qəbul edəcək.
Qeyd edək ki, turun qalan 2 oyunu sabah keçiriləcək.


Teqlər:





Xəbər lenti