Quba sakini Sarayda kafeni yandırıb

Quba sakini Sarayda kafeni yandırıb
  23 Dekabr 2017    Oxunub:5133
Dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədilməsi müəyyən edilib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

​Araşdırma aparılır.

AzVision.az


Teqlər: Quba   DİN   Saray   Kafe  





Xəbər lenti