Bakıya rəqib olan şəhərlər - SİYAHI

Bakıya rəqib olan şəhərlər - SİYAHI
  20 Sentyabr 2013    Oxunub:1719
UEFA “Avro-2020”yə ev sahibliyi etmək üçün müraciət edən 32 şəhərin adını açıqlayıb.
AzVision.az həmin ölkə və şəhərlərin adlarını təqdim edir :

Ermənistan (İrəvan), Azərbaycan (Bakı), Belarusiya (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Xorvatiya (Zagreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki ), Fransa (Lyon), Makedoniya (Skopje), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milano), Qazağıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Chorzow), Portuqaliya (Lisbon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Glasgow), Serbiya (Belqrad), İspaniya (Madrid, Barcelona, Bilbao, Valencia) , İsveç (Solna), İsveçrə (Basel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk) və Uels (Cardiff).

Turnirin final oyunları Avropanın 13 şəhərində oynanılacaq. UEFA-dan açıqlamasına görə, oyunların keçiriləcəyi şəhərlərin adları 2014-cü ilin sentyabrın 25-də müəyyənləşəcək. Eyni zamanda, namizəd ölkələr şəhərləri dəyişdirə blərlər, bunun üçün isə son tarix 2014-cü ilin aprel ayının 25-dir.

Sevinc


Teqlər:  





Xəbər lenti