Təhsil Nazirliyi: "Gələcəyin müəllimi" təqaüdü ləğv edilməyib

Təhsil Nazirliyi: "Gələcəyin müəllimi" təqaüdü ləğv edilməyib
  06 Noyabr 2017    Oxunub:6995
Təhsil Nazirliyi 500-dən çox bal toplayan və müəllimlik ixtisasını seçən tələbələrə ayrılan təqaüdlərin kəsilməsi haqda xəbərlərə reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a bildirib ki, ali təhsil müəssisələrinin sifarişlərinə uyğun olaraq "Gələcəyin müəllimi" təqaüdü ayrılır. Onun sözlərinə görə, həmin təqaüdlərin tələbələrə verilməsi ilə bağlı hər hansı problem yoxdur.

Qeyd edək ki, Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti