Bakıda 6 otaqlı ev və maşın yanıb

Bakıda 6 otaqlı ev və maşın yanıb
  16 Oktyabr 2017    Oxunub:1156
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan "Qaz" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdaki evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti