Gəncədə keçmiş məhkum qətlə yetirilib

Gəncədə keçmiş məhkum qətlə yetirilib
  14 Oktyabr 2017    Oxunub:1961
Gəncədə qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 12-də saat 2 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.

AzVision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti