Bu gün Azərbaycanda Aşuradır

  01 Oktyabr 2017    Oxunub : 7429
Bu gün Azərbaycanda Aşuradır
Bu gün Azərbaycanda Aşura qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına görə, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası da təşkil olunacaq. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya adları aşağıda göstərilən məscid və ziyarətgahlarda təşkil ediləcək:

1. Yasamal rayon Təzə-pir məscidi
2. Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi
17. Quba rayonu Ərdəbil məscidi

Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 22-də başlayıb.

AzVision.az

Teqlər: Aşura