Moskvada “Trump Tower”in tikintisinə icazə verilməyib

Moskvada “Trump Tower”in tikintisinə icazə verilməyib
  28 Avqust 2017    Oxunub:1018
ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı Moskvada “Trump Tower” tikmək istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri öz mənbələrinə istinadən məlumay yayıb.

Mənbələrdən birinin dediyinə görə, rus əsilli amerikalı biznesmen Fekis Seter Trampa Moskvaya gəlməyi və layihəni müzakirə etməyi təklif edib. Qeyd olunub ki, Fekis Seterin şirkəti razılıq almadığına görə, tikinti işlərinə başlanılmayıb.

Ağ Ev nümayəndəsi və Trampın vəkilləri məsələni şərh etməkdən imtina ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Moskvada   Tramp  





Xəbər lenti