“Qafqazinfo”nun 7 yaşı oldu

“Qafqazinfo”nun 7 yaşı oldu
  16 Avqust 2017    Oxunub:3956
Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının 7-ci ili tamam olur.
Saytın oxucuları bəlli bir çevrə deyil, ən müxtəlif sosial qrupları təmsil edən internet istifadəçilərindən ibarətdir.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur, bu xəbərlər ən müxtəlif sahələri əhatə edir. “Qafqazinfo” Azərbaycanda fəaliyyət göstərən ictimai - siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir, xəbər rangarəngliyini qoruyur.

Hazırda redaksiyada 20-yə yaxın, əsasən gənclərdən ibarət olan kollektiv çalışır. “Qafqazinfo”nu kompüterlə bərabər internetə çıxışı olan bütün elektron cihazlarda oxumaq mümkündür.

Saytın mobil versiyası telefonla xəbərlərin rahat oxunması və paylaşılmasına imkan yaradır.

Həmçinin android və İOS üçün mobil tətbiqetməsi fəaliyyət göstərir. Portalda yeni video bölmə yaradılıb ki, bununla da tədricən "Qafqazinfo" multimedia sisteminə keçmək niyyətindədir.

AzVision.az adından “Qafqazinfo” kollektivini təbrik edirik.




Teqlər:





Xəbər lenti