Bakıda kütləvi dava olub - VİDEO

Bakıda kütləvi dava olub - VİDEO
  16 Avqust 2017    Oxunub:2587
Paytaxtda kütləvi dava qeydə alınıb.
Hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (ARB TV)



AzVision.az


Teqlər: Bakı   Dava  





Xəbər lenti