Bakıda evdən 45 minlik oğurluq edilib

Bakıda evdən 45 minlik oğurluq edilib
  15 Avqust 2017    Oxunub:1762
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti