Sabiq nazirin 12 milyard pulu əlindən alınıb

Sabiq nazirin 12 milyard pulu əlindən alınıb
  14 İyul 2017    Oxunub:1809
Ukrayna hakimiyyəti sabiq gəlirlər və yığımlar naziri Aleksandr Klimenkonun 12 milyard dollar vəsaitini blokalayıb.
AzVision.az “UNİAN”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.

“Bu gün bloklanan 12 milyard dollar bizim sonrakı prosessual tədbirlərimiz üçün olduqca böyük əhəmiyyətə malikdir”, - deyə nazir vurğulayıb.

Ukrayna hüquq-mühafizə orqanları sabiq nazir və onun ailə üzvlərinə məxsus obyektlərdə 183 axtarış əməliyyat tədbirləri həyata keçirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Nazir  





Xəbər lenti