"Putinin mənə dəstək verəcəyinə inanmıram" - Tramp

"Putinin mənə dəstək verəcəyinə inanmıram" - Tramp
  14 İyul 2017    Oxunub:1290
“Moskva ilə mükəmməl əlaqələr qurmaq istəyirəm”.
AzVision.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.

Putini “Ağ evə” dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında deyib ki, hələlik bu dəvət üçün məqam yetişməyib: “Hazırda bu səfər üçün əlverişli zamanın olmadığını düşünürəm. Amma sualınıza cavabım, əlbəttə, “hə”dir. Bəli, dəvət edərdim”.

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmədiyini vurğulayan Tramp Putinin ona dəstək verə biləcəyinə inanmadığını bildirib: “Putinlə növbəti dəfə görüşdüyümdə ona bu sualı ünvanlayacağam: Həqiqətən kimin tərəfində idiniz?”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp   ABŞ   Putin   Rusiya  





Xəbər lenti