Bakıda üç ölkənin XİN rəhbəri görüşəcək

Bakıda üç ölkənin XİN rəhbəri görüşəcək
  12 İyul 2017    Oxunub:2627
İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hadisələrinin ildönümü ilə bağlı Bakıda keçirilən mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq.

Türkiyə səfiri vurğulayıb ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının rəhbərlərinin də görüşü keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Türkmənistan   Azərbaycan   Türkiyə  





Xəbər lenti