9 yaşlı uşaq yolda öldü

  06 Sentyabr 2013    Oxunub : 420
9 yaşlı uşaq yolda öldü
Suraxanıda baş vermiş yol qəzası bir nəfərin həyatına son qoyub.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 16.00 radələrində Qurbanov Cəmşid Dursun oğlu idarə etdiyi "Mercedes E 270" markalı maşınla, 01.08.2004-cü il təvəllüdlü, Suraxanı rayon sakini Hüseynov Sənan Qalib oğlunu vurub.

H.Sənan aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mirvari

Teqlər: