Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib

Bakı-Şamaxı yolunda sürüşmə aktivləşib
  02 İyun 2017    Oxunub:1614
Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.

S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 – 22 metr, hündürlüyü 8 – 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.

AzVision.az


Teqlər: Bakı-Şamaxı   Yol   Sürüşmə  





Xəbər lenti