Şirkət rəhbəri 200-dən çox vətəndaşı aldadıb - Video

Şirkət rəhbəri 200-dən çox vətəndaşı aldadıb - Video
  02 İyun 2017    Oxunub:1610
Bir qrup vətəndaş işə düzəltmə dələduzluğunun qurbanı olub. Zərərçəkənlərin dediklərinə görə, "Angel-S" Mühafizə Agentliyi adı altında xidmət göstərən şirkət ayrı-ayrı vaxtalarda 200-dən artıq vətəndaşı aldadıb.
Müəyyən məbləğdə vətəndaşlardan işə düzəltmə adı altında pul alan Tahir Ağayev adlı şəxs heç bir vədinə əməl etməyib. Şirkət hətta ödənişlərlə bağlı vətəndaşlara qəbz də verib. Zərərçəkənlər bir neçə dəfə şirkətdən pullarını tələb etsələr də, ala bilməyiblər. Daha sonra şirkətdə olan digər işçilər Tahir Ağayev ölkədən qaçdığını deyiblər.

Məsələni daha dəqiq araşdırmaq üçün zərərçəkənlərlə birgə Rəşid Behbudov 46 ünvanında yerləşən "Angel-S” Mühafizə Agentliyinə gəldik. Qapılar bağlı olduğundan şirkətdən kiminləsə əlaqə saxlaya bilmədik. Hüquqşunasların sözlərinə görə, həmin vətəndaşlar konkret olaraq dələduzluq etməkdə şübhəli bilinən Tahir Ağayev barəsində prokurorluq və polis orqanalrına müraciət etməlidir. Həmçinin onlara dəyən maddi zərərin mülki hüquqi qaydada şirkətdən tutulması üçün əllərində olan fakt və sənədlərlə birgə aidiyyatı məhkəməyə də müraciət etməlidirlər. Bu zaman aidiyyati orqanlar məsələni araşdıracaq və lazımı hüquqi qiymət verəcək. (Xəzər TV)



AzVision.az


Teqlər: Dələduzluq  





Xəbər lenti