Bakıda bina yanır

Bakıda bina yanır
  01 İyun 2017    Oxunub:1282
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti