90 nəfərin öldüyü terroru İŞİD törədib

90 nəfərin öldüyü terroru İŞİD törədib
  31 May 2017    Oxunub:1397
Əfqanıstan paytaxtında törədilən partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, azı 380 nəfər yaralanıb.

Partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.

Partlayış nəticəsində İranın Əfqanıstandakı səfiri yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Əfqanıstan   İŞİD   terror  





Xəbər lenti