İmişlidə 5 otaqlı ev yanıb

İmişlidə 5 otaqlı ev yanıb
  31 May 2017    Oxunub:1127
İmişlidə yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti