Rusiyada iki polis güllələnib

Rusiyada iki polis güllələnib
  04 Aprel 2017    Oxunub:1677
Rusiyanın Həştərxan vilayətində polis əməkdaşları atəşə tutulub. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis ölüb. İlkin məlumata görə, öldürülənlər leytenant və baş leytenant olub.
Məlumata əsasən polis əməkdaşları yol qəzasını rəsmiləşdirmək üçün hadisə yerinə gəliblər. Ancaq onlar sənədləri imzalayan zaman qayda pozucuları silah çıxardaraq polisləri güllələyiblər.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən 4 şəxsin axtarışı aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   polis  





Xəbər lenti