ABŞ-da miqrasiya ilə bağlı yeni fərman hazırlanır

ABŞ-da miqrasiya ilə bağlı yeni fərman hazırlanır
  11 Fevral 2017    Oxunub:2438
Ağ ev administrasiyası apelyasiya məhkəməsinin rədd etdiyi miqrasiya barədə fərmanın əvəzinə, onun yeni variantını hazırlaya bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ-da səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında Tramp prezident seçildikdən sonra “ölkə üçün böyük təhlükənin mövcudluğunu dərk etdiyini” bildirib. O, eyni zamanda “ölkəyə bizim xalqı sevən və xeyir verən çox sayda insanı buraxacağını” qeyd edib.

Bir qədər əvvəl Tramp “ölkənin təhlükəsizliyi üçün” əlindən gələni edəcəyinə söz verərək, bunu gələn həftə həyata keçirəcəyini vurğulayıb. “Biz məhkəmə prosedurlarını davam etdirəcəyik və sonda qalib gələcəyimizə inanırıq”, - deyə prezident əlavə edib.

Xatırladaq ki, apelyasiya məhkəməsi üç hakimin qərarı ilə prezidentin 120 gün ərzində qaçqınların qəbulunu və 90 gün müddətinə İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərmanının icrasını dayandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti