Ermənistan səfirliyinin maşını Moskvada qəzaya düşdü

Ermənistan səfirliyinin maşını Moskvada qəzaya düşdü
  11 Fevral 2017    Oxunub:1803
Ermənistanın Rusiyadakı səfirliyinə məxsus avtomobil Moskvada qəzaya düşüb.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında səfirliyin mətbuat katibi Levon Torqomyan bildirib.

“Səfirliyə məxsus “Mersedes” markalı avtomobil “Şeremetyovo” hava limanı ərazisindən pullu yola çıxmaq istədiyi zaman digər “Kia” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb”.

Mətbuat katibi qəzanın səbəblərinin yol polisləri tərəfindən araşdırıldığını əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti