Ərdoğandan referendum qərarı - 16 aprel

Ərdoğandan referendum qərarı - 16 aprel
  10 Fevral 2017    Oxunub:1603
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasında dəyişikliklər paketini imzalayıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qanun dərc olunmaq üçün Nazirlər Kabinetinə göndərilib.

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş isə referendumun böyük ehtimalla aprelin 16-da keçiriləcəyini bildirib.

Qeyd edək ki, referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.
Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti