Parisi partlatmaq istəyən terrorçular tutulub

Parisi partlatmaq istəyən terrorçular tutulub
  10 Fevral 2017    Oxunub:1573
Fransanın hüquq-mühafizə orqanlarının ölkənin cənubunda Ero departamentində keçirdiyi antiterror əməliyyatları zamanı dörd nəfəri saxlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onların arasında 16 yaşlı qız da var.

Qeyd olunub ki, həmin şəxslər Parisdə turistlərin sıx olduğu yerdə terror aktı törətməyi planlaşdırırmış. Saxlanılan şəxslərin evində partlayıcı maddələr aşkar edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti