İlham Əliyev İrana gedir

İlham Əliyev İrana gedir
  10 Fevral 2017    Oxunub:2208
Azərbaycan prezidenti İlham Əliyev mart ayında İrana səfər edəcək.
AzVision.az Interfax.az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabının 38-ci ildönümü münasibətilə mətbuat konfransında məlumat verib.

“Cari ilin mart ayında prezident İlham Əliyevin İrana səfəri gözlənilir”, - deyə Cahangirzadə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Tehrandakı və İranın Bakıdakı səfirlikləri səfərin tarixi və proqramı üzərində iş aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti