Sarkisyan Parisə çağırıldı - Gündəm Qarabağdır

Sarkisyan Parisə çağırıldı - Gündəm Qarabağdır
  10 Fevral 2017    Oxunub:1901
Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.

Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.

Səfər çərçivəsində tərəflər ikitərəfli əlaqələri müzakirə edəcək. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti