Sabiq prezident həbs ediləcək

Sabiq prezident həbs ediləcək
  10 Fevral 2017    Oxunub:1759
Məhkəmə Perunun sabiq prezidenti Alexandro Toledonun həbs edilməsi barədə qərar qəbul edib.
AzVision.az məlumatına görə, sabiq prezident Braziliyanın məşhur tikinti şirkəti "Odebrecht"lə bağlı rüşvət qalmaqalında ittiham olunur.

Qərarın beynəlxalq xarakter daşıdığı bildirilir. Məhkəmə bu qərarla Peru Prokurorluğunun Toledonun 18 ay müddətinə həbs edilməsi barədə qərarını təmin edib.

Qeyd edək ki, sabiq prezidentin hazırda Fransada olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti