Telman İsmayılovdan 150 milyard tələb olunur

Telman İsmayılovdan 150 milyard tələb olunur
  10 Fevral 2017    Oxunub:1969
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun kreditorları ondan 150 milyard rubl tələb edirlər. Moskva Arbitraj məhkəməsi artıq bu iş üzrə dinləmələrə başlayıb.

AzVision.az Virtualaz.org-a istinadən bildirir ki, “Çerkizovski” bazarı 2009-cu ildə bağlansa da, T.İsmayılov öz kreditorları ilə hələ də hesablaşmayıb. Onlar İsmayılovdan 150 milyard rubl almağa iddia edirlər, lakin hazırda kreditorların reyestrinə iddia üzrə təxminən 27,8 milyard rubl məbləğ daxil edilib.

Həmçinin əlavə edilir ki, borclunun aktivlərinin dəyəri təxminən 618 milyon rubl təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti