İŞİD-dən `Reina` terrorçusuna ilginc hədiyyə - (VİDEOXƏBƏR)

İŞİD-dən `Reina` terrorçusuna ilginc hədiyyə - (VİDEOXƏBƏR)
  19 Yanvar 2017    Oxunub:4478
İstanbulda "Reina” gecə klubuna hücum edən terrorçu Abdulqədir Maşaripovla birgə həbs edilən 3 qadınla bağlı ilginc fakt ortaya çıxıb.
AzVision.az Türkiyə mətbuataına istinadən bildirir ki, istintaq zamanı 3 qadının Maşaripova “Reina” terrorunu həyata keçirdiyi üçün İŞİD tərəfindən hədiyyə edildiyi məlum olub.

Terrorçunun saxlanıldığı evdə aparılan axtarış zamanı qadınlardan biri Dina A. ilə dini nikahda olması haqda sənəd aşkar edilib.

Əfqanıstanla əlaqəsi araşdırılan Maşaripovun kompüter mütəxəssisi olduğu, Mosulda döyüşdüyü bildirilir. Eyni zamanda onun Özbəkistanda fizika üzrə ali təhsil aldığı məlum olub.

Qeyd edək ki, Yeni il gecəsi “Reina” klubuna təşkil edilən hücum nəticəsində 39 nəfər ölüb, 68 nəfər yaralanıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti