Sərhəddə təxribat: Ermənilər `Şmel`dən atəş açdı (VİDEOXƏBƏR)

Sərhəddə təxribat: Ermənilər `Şmel`dən atəş açdı (VİDEOXƏBƏR)
  17 Yanvar 2017    Oxunub:11113
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.









AzVision.az



Teqlər:  





Xəbər lenti