Ermənistanda hökumət böhranı yaranıb - (VİDEOXƏBƏR)

Ermənistanda hökumət böhranı yaranıb - (VİDEOXƏBƏR)
  17 Yanvar 2017    Oxunub:3718
Bütün sahələrdə iflasa uğrayan Ermənistanda yeni yaradılan hökumət dəyişdirilir. Ermənistanın yeni baş naziri Karen Karapetyan istefaya göndərilir.

Serj Sarkisyan onun fəaliyyətindən narazı qaldığını, bu təyinatla böyük səhvə yol verdiyini deyib. Baş nazirin yerinə yeni müdafiə naziri Vigen Sarkisyan gətirilir. Siyasi ekspertlər bunu hökumətin növbəti oyunu hesab edirlər.

“Joxovurd” qəzeti yazır ki, hakimiyyət Ermənistanda vəziyyəti qaydaya salmaq əvəzinə belə şoular göstərməyə artıq vərdiş edib. Bütün bunlar S.Sarkisyanın hökumət postunda möhkəmlənməsinə hesablanıb. Çünki aprel ayında keçiriləcək parlament seçkilərinə və gələn ilin aprelində prezidentin səlahiyyətlərinin başa çatacağı müddətədək hakimiyyət daha loyal baş nazirin olmasını istəyir. Məhz buna görə siyahıya müdafiə naziri V.Sarkisyan rəhbərlik edəcək.

Qeyd olunur ki, K.Karapetyan vəzifəyə gətirildiyi gündən Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu da cinayətkar rejimi ciddi narahat etməyə başlayıb. Siyasi ekspertlərin fikrincə, bu rejimin Ermənistanda edəcəyi istənilən dəyişiklik xalqın rifahına yox, hakimiyyətin özünə xidmət edir. Amma bunun da limiti başa çatmaq üzrədir. Ona görə də 2017-ci il Sarksiyan rejimi üçün ciddi sınaq ili olacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti