ABŞ Astana görüşünə dəvət olunmayıb

ABŞ Astana görüşünə dəvət olunmayıb
  14 Yanvar 2017    Oxunub:1935
ABŞ Suriyada mövcud problemin nizamlanması ilə bağlı Astanada keçirilən danışıqlara rəsmi dəvət almayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xbər verir ki, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Astana görüşündən xəbərdardır:

“Dövlət katibi rusiyalı və türkiyəli həmkarları ilə əlaqə saxlayaraq Suriya problemini müzakirə edir. Əlbəttə ki, bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz danışıqları təşkil edən deyilik”, - deyə o, vurğulayıb.

Türkiyənin ABŞ-ı Suriyalı kürdlərə dəstək verdiyinə görə tənqid etməsi ilə bağlı suala cavabında Toner deyib: “Türkiyə önəmli bir tərəfdaşdır və Türkiyə ilə tərəfdaşlığımızı ciddiyə alırıq. Bunun üzərində çalışırıq”.

Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya rəsmləri Moskvada bir araya gələcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti