Təyyarə yerə çırpılaraq partladı, pilot öldü - Video

Təyyarə yerə çırpılaraq partladı, pilot öldü - Video
  14 Yanvar 2017    Oxunub:4486
Tailandda uşaqlar üçün keçirilən aviaşouda təyyarə qəzası baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hadisə Sonqxla vilayətinin Hatyay şəhərində baş verib.

Tailand Hərbi Hava Qüvvələrinə məxsus qırıcı yüksək pilotaj hərəkətini yerinə yetirən zaman hava limanının eniş zolağına çırpılıb və partlayıb.

Təyyarə tamamilə yanıb və pilot həlak olub. Hadisə uşaqların gözünün qarşısında baş verib. Hadisənin araşdırılması üçün komissiya yaradılıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti