Klinton bir daha seçkilərə qatılmayacaq - (VİDEOXƏBƏR)

Klinton bir daha seçkilərə qatılmayacaq - (VİDEOXƏBƏR)
  09 Yanvar 2017    Oxunub:3115
ABŞ prezidentliyinə namizəd Hillari Klinton bir daha seçkilərdə iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bunu sabiq dövlət katibinin rəsmi nümayəndəsi Nira Tanden CNN telekanalına açıqlamasında bildirib.

“Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton bütün ömrü boyu məhz bununla məşğul olub. Hesab etmirəm ki, o, bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, - deyə Tanden bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ KİV-ləri Hillari Klintonun Nyu-York meri postu uğrunda mübarizə aparacağını yazmışdı.

Xatırladaq ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti