Tramp teleşoudan qovduğu xanımı Ağ Evə gətirir

Tramp teleşoudan qovduğu xanımı Ağ Evə gətirir
  05 Yanvar 2017    Oxunub:2675
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün apardığı "Usta yardımçısı" teleşousunun sabiq iştirakçısına Ağ Evdə vəzifə təklif etmək niyyətindədir.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Omarosa Maniqolun (Omarosa Manigault) işi administrasiyanın fəaliyyətində ictimaiyyətin iştirakı ilə bağlı olacaq. Lakin vəzifənin dəqiq adı və öhdəlikləri barədə hələlik məlumat açıqlanmır.

Qeyd edək ki, Maniqol Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olub. 2004-cü ildə "Usta yardımçısı" teleşousunun başlamasından az sonra Tramp onu proqramdan uzaqlaşdırıb. Şou yenidən efirə qayıdanda O.Manigol yenə layihədə yer alıb, amma daha 2 dəfə - 2011 və 2013-cü illərdə işdən azad edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti