`Reina` terrorçusunun uyğur olduğu açıqlandı

`Reina` terrorçusunun uyğur olduğu açıqlandı
  05 Yanvar 2017    Oxunub:2238
Yeni il gecəsi “Reina” gecə klubuna hücum edərək 39 nəfəri öldürən terrorçunun hansı millətə məxsus olduğu açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə canlı yayımda Baş nazirin köməkçisi Veysi Kaynak bildirib.

Onun sözlərinə görə, hücumu reallaşdıran şəxsin uyğur olma ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Yeni il gecəsi “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti