Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu

Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu
  05 Yanvar 2017    Oxunub:6384
Yunanıstanın Antiterror Xidməti ən çox axtarılan terrorçulardan biri - 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.
AzVision.az “Ria Novosti-yə istinadən xəbər verir ki, Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır və “İnqilabi mübarizə” anarxist terror təşkilatının üzvüdür. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur.

Rupa Afinanın cənub məhəllələrindən birində səhər saat 6 radələrində evində həbs olunub, onunla birlikdə evdə azyaşlı uşaq da olub. Bundan başqa cinayətkarı gizlətməkdə şübhəli bilinən 25 yaşlı qadın saxlanılıb.

Rupa və onuu həyat yoldaşı haqqında məlumat verən şəxsə 1 milyon avro mükafat vəd edilmişdi. Rupanın həyat yoldaşı, tanınmış terrorçu Nikos Maziotis 2014-ci ildə Afinanın mərkəzində həbs edilib. Onun ələ keçrmək üçün həyata keçirilən əməliyyatda 4 polis əməkdaşı ağır yaralanmışdı. Lakin bu əməliyyat zamanı Panayota Rupanı həbs etmək mümkün olmamışdı.

Qeyd edək ki, “İnqilabi mübarizə” anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti