İŞİD-in daha bir əmiri öldürüldü

İŞİD-in daha bir əmiri öldürüldü
  05 Yanvar 2017    Oxunub:1242
Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı çərçivəsində aviareyd keçirib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aviareyd zamanı İŞİD-in istifadə etdiyi 74 obyektə zərbələr endirilib. Nəticədə biri İŞİD əmiri olmaqla 20 terrorçu zərərsizləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti