Ermənistanda ağır qəza: 10 yaralı

Ermənistanda ağır qəza: 10 yaralı
  05 Yanvar 2017    Oxunub:1575
Ermənistanın Kotayk vilayətində ağır yol qəzası baş verib.
AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Qoxt kəndi yaxınlığında “Mercedes Sprinter” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti