Sabiq baş nazir Fransada həbs edildi

Sabiq baş nazir Fransada həbs edildi
  05 Yanvar 2017    Oxunub:1985
Serbiya tərəfindən müharibə cinayətlərinə görə axtarışa verilən Kosovanın sabiq Baş naziri Ramuş Haradinay Fransanın Bazel-Müluz-Frayburq Aeroportunda saxlanılıb.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, sabiq Baş nazir təyyarədən düşərkən sərhəd polisi tərəfindən dindirilib və Müluz Prokurorluğuna təhvil verilib.

2004-cü ildə Serbiya tərəfindən beynəlxalq axtarışa verilən Haradinay 1998-1999-cu illərdə Kosovada gedən müharibə zamanı üsyançıların lideri olub. 2004-2005-ci illərdə ölkəsinin Baş naziri olmuş Ramuş Haradinay Haaqa Məhkəməsi tərəfindən iki dəfə bəraət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti