İraqda iki İŞİD lideri məhv edilib

İraqda iki İŞİD lideri məhv edilib
  05 Yanvar 2017    Oxunub:1457
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terrorçu qruplaşmasının iki liderini məhv edib.
AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu koalisiyanın nümayəndəsi Con Dorrian bəyan edib.

“İŞİD-ın İraqda iki lideri, İmad əl-Mahalauyi və Fəlah əl-Rəşidi məhv edilib. Yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosulda minalanmış avtomobillərin istehsalı ilə məşğul olub. Digər terrorçu dekabrın 21-də öldürülüb. Onun məhv edilməsi Fərat çayı vadisində terror aktları törədilmə imkanlarını azaldacaq”, deyə C.Dorrian bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti